Baxış 02.12.2018

"GYMBALA" BALACALAR ÜÇÜN İDMAN MƏRKƏZİ

Analar öz uşaqlarını erkən inkişaf kurslarına yazdırmağa çox tələsir. Lakin çox az valideynlər düşünür ki, uşağın zehni qabiliyyətlərinin formalaşmasında böyük rol fiziki aktivlik oynayır, xüsusilə böyük motorika. Diqqət daha çox yazma və rəsm çəkmə bacarıqlarına yetirilir. Amma uşaq fiziki inkişaf etdikcə, əllərindən daha yaxşı istifadə etməyi öyrənir, hərəkətini və hərəkətlər arasında kordinasiyanı əhatə edir. Kiçik və böyük motorika bir-birinə bağlıdır və paralel inkişaf olunmalıdır.

 

15 aydan böyük olan uşaqların motorikasını inkişafı vəzifəsini "Gymbala" öz üzərinə götürür. Ətraflı izah etdiyimiz kimi!

 

 

“Gymbala" haqqında:

 

- 15 aydan 7 yaşa qədər olan uşaqlar üçün Azərbaycanda yeganə peşəkar fitnes mərkəzidir;

- zal panoramik pəncərələr sayəsində çox işıqlıdır ;

- məşqçi heyYəti - müxtəlif idman növləri üzrə mütəxəssislərdir;

- dərslər gimnastika elementləri, komanda idmanı, atletika və akrobatika elementlərini əhatə edir;

- 15 aydan 2 yaşadək olan uşaqlar valideynin iştirakı ilə məşq edirlər;

- təlim prosesini izləmək məqsədi ilə gözləmə otağında valideynlər üçün nəzarət kamerası quraşdırılıb;

- zalda sanitar işləri gündə 3 dəfə aparılır!

- təlimçilər autizm sindromu olan uşaqlarla işləyirlər;

- döşəmə örtükləri antibakterial, hipoallergen, yanğına davam olan materiallardan düzəldilib;

- məşqlərə həm qrup, həm də fərdi şəkildə qoşulmaq olar.
 

 

 

Artıq bir neçə məşqdən sonra valideyn görəcək ki:

 

- böyük motorika bacarıqlarının inkişafı əzələlərin və oynaqların güclənməsinə kömək edir;

- məşqlər vestibulyar aparatını gücləndirməyə kömək edir;

- uşağın bədəni daha çevik olur;

- uşağın nitq inkişafı sürətlənir;

- uşaq diqqətli olur, koordinasiya yaxşılaşır;

- uşaq intizam qaydalarına və səbrli olmağa öyrənir;

- qrup dərsləri uşağın sosiallaşmasına kömək edir.

 


Məşqdən əvvəl və ya sonra, uşaqlar yaradıcı oyun meydançasında əyləncəli vaxt keçirə bilərlər. Mərkəzdə uşaqlar üçün nəzərdə tutulan tualet var.

 

 

Uşaqlar məşqdə olan vaxt valideynlər çay, qəhvə, şirniyyata qonaq edirlər.


Qeyd edək ki, "Gymbala" klubunun təsisçiləri - Cəmilə Musayeva və Alina Qasımova da anadırlar. Xaricdə təhsil alarkən (Cəmilə xanım Corc Vaşinqton Universitetini bitirib, Alina xanım - London School of Economics) onlar diqqət ediblər ki, xaricilər uşağa kiçik yaşlarından idmana sevgini öyrədirlər.

 

 

Bu təcrübəni Bakıda istifadə etmək istəyərkan, uşaqları üçün uyğun bir idman mərkəzini tapmaq problemi oldu, çünki burada uşaqlar idmana ən azı 3 yaşdan qəbul olunur. Erkən fiziki inkişaf mərkəzlərinin olmaması problemi iki gənc ananın "Gymbala" klubunu yaratmağa təkan verdi. Alina və Cəmilə xanım deyirlər: ”Bizim böyük arzumuz Bakı ilə yanaşı, Azərbaycanın bölgələrində uşaqlar üçün erkən fiziki inkişaf mərkəzlərin yaradılmasıdır".

 

Yaş həddi: 15 ay - 7 yaş;

 

Məkan: Uşaqlar üçün idman mərkəzi “Gymbala” 

Адрес: Nizami küç., 203B (AF Business House, 6-cı mərtəbə)

Əlaqə telefonu: +994 77 349-77-77

 

Burada "Gymbala" haqqında daha çox oxumaq olar.

Teqlər: GYMBALA BALACALAR ÜÇÜN MƏRKƏZİ

BAKIDA UŞAQLARLA HARA GETMƏK OLAR?

Məkanlar ətraflı BÜTÜN MƏKANLAR