Yanvarın 16-dan etibarən Heydər Əliyev Mərkəzində amerikalı heykəltaraş Kerol Foyermanın “Suda yenidən doğulanlar” adlı sərgisi keçirilir. Ekspozisiya 24 yanvar 2027-ci il tarixinədək ziyarətçilər üçün açıq olacaq.
Kerol Foyerman qatran, boyanmış bürünc və paslanmayan poladdan hazırlanmış hiperrealist üzgüçü fiqurları ilə tanınır. Bu heykəllər idmandan çox insanın daxili gücünə, həssaslığına və yenilənmə qabiliyyətinə həsr olunub. Rəssamın “Rut” adlı əsəri Bakıda ilk dəfə məhz bu sərgi çərçivəsində təqdim olunur.
Ziyarətçilər üçün məlumat:
• Biletin qiyməti: 15 manat
• Ünvan: Bakı, Heydər Əliyev prospekti, 1
• İş saatları:
çərşənbə axşamı–cümə: 10:30–18:00
şənbə–bazar: 10:30–17:00
• Əlaqə nömrəsi: 012 505 60 01