"Kimya laboratoriyası" – bu, çoxdan əsl laboratoriyaya düşmək arzusunda olan uşaqlar üçün şou-proqramdır. Burada onlar həqiqi avadanlıqlarla işləyəcək, reaktivlərdən istifadə edəcək və əlbəttə ki, maraqlı təcrübələr aparacaqlar. Biz maddələrin bütün aqreqat hallarını öyrənir, kimyəvi proseslərin mahiyyətinə varırıq. Qısası – heç bir kimyaçının keçinə bilməyəcəyi əsasları mənimsəyirik.
1. Kimyaçıların maddələri necə sintez etdiyini və onların xassələrini necə idarə etdiyini öyrənəcək.
2. İlk baxışda mümkünsüz görünəni edəcək: bərk maddədən qaz alacaq və çayı yenidən suya çevirəcək.
3. Kimyəvi analiz üsullarını öyrənəcək və turşunu, qələvəni və qazı bu üsulla müəyyən edəcək.
4. Yalnız beynini deyil, həm də əllərini işlədərək mayelərin distillasiyası, kristalların sublimasiyası və qazların sintezi üçün qurğular yığacaq.
Uşaqlar yaş qruplarına görə 4 komandaya bölünür. Hər komanda 20 dəqiqə olmaqla 4 laboratoriyadan keçir. Burada uşaqlar hipotezlər qurur, təcrübələr aparır və nəticələr çıxarırlar. Proqram tam interaktivdir — hər bir uşaq tapşırıqları öz əlləri ilə yerinə yetirir.
Valideynlər üçün isə xüsusi elmi viktorina-mühazirə hazırlanıb.
Diqqət! Hər proqramdan əvvəl biz kiçik bir kvest keçiririk. Ona görə yarım saat tez gəlməyi məsləhət görürük ki, uşaqlar ona da qatıla bilsinlər.
1. MAYELƏR LABORATORİYASI. Maddələrin distillasiyasını öyrənirik. Bu qədim üsulla uşaqlar “çayı geri açacaq” – qara çaydan təmiz su alacaqlar.
2. KRİSTALLAR LABORATORİYASI. Sublimasiya prosesi ilə tanış oluruq: bənövşəyi rəngli qaz halında yod sintez edirik və ondan saf kristallar böyüdürük.
3. QAZLAR LABORATORİYASI. Kolbalar, şlanqlar və damcı huni ilə nəhəng qurğu yığırıq. Karbon qazı sintez edirik və onun xassələrini yoxlayırıq. Alov CO2-də yanmır, hər şey qaynayır və köpürür – uşaqlar sevincini gizlədə bilmir.
4. ANALİZ LABORATORİYASI. Maddələrin xassələrini indikatorlarla öyrənirik. Həyatımızda harada rast gəldiyimizi araşdırırıq. Burada gözəl vizual effektlər var: şüşələr alt işıqlandırma ilə işıqlanır və reaksiyalar bütün həcmi boyu aydın görünür.
Məktəbəqədər uşaqlar üçün ayrıca marşrut hazırlanır.
- Qruplar daha kiçik olur, aparıcı və assistentlər isə daha çox – hər bir uşaq maksimum diqqət və dəstək alır.
- Təcrübələr məktəbəqədər yaş psixologiyasına uyğunlaşdırılıb – sadə, anlaşıqlı və maraqlı şəkildə.
“Balaca kimyaçının bələdçisi”: maddələrin müxtəlif növləri ilə tanış oluruq, aqreqat halları öyrənirik, reaksiyalar aparırıq və onların düzgün istiqamətdə getdiyini müəyyənləşdiririk. Qaz tutmağa çalışırıq və ən gözəl indikatoru seçirik.
Uşaqlar laboratoriyaları gəzərkən, böyüklər elmi viktorinada iştirak edə bilərlər:
- 18 sual, məntiq və erudisiyaya əsaslanır,
- düzgün cavabların izahlı mühazirəsi,
- maraqlı elmi hekayələr,
- qalib üçün xüsusi hədiyyə,
- ən əsası — uşağınızla təcrübələri müzakirə etmək imkanı.
19 oktyabr:
11:00 (rus dili) – tövsiyə olunan yaş 5–6 və 7–9 yaş.
14:00 (rus dili) – tövsiyə olunan yaş 5–6 və 10–14 yaş.
17:00 (rus və ingilis dilləri) – tövsiyə olunan yaş 5–6, 7–9 və 10–14 yaş.
“Sciencely. Baku” 2019-cu ilin payızından interaktiv elmi proqramlar keçirir. Layihənin arxasında “Mendeleyev Cədvəli”, “Böyük Elmi Kəşflər”, “Elmi Yeni İl”, “Dəniz Aləmi”, “Cərrahiyyə”, “Elektrik”, “Zoologiya”, “Astronomiya” və bir çox digər proqramlar, elmi dərnəklər və düşərgələr dayanır.
Biletin qiyməti – 60 AZN.
12 uşaqlıq qruplar üçün endirim – 55 AZN (1 uşaq üçün).
Valideyn iştirakı ödənişdizdir.
Biletləri əldə etmək üçün: +994 50 716-57-87 (WhatsApp).
Keçirildiyi yer: Alas Academy, m/s “28 May” (Af Business House, 3-cü mərtəbə, Nizami küç. 203B).