Süni qidalanmada olan körpələr. Smeslə düzgün qidalanma haqqında hər şey.
Baxış 11.10.2021

Süni qidalanmada olan körpələr. Smeslə düzgün qidalanma haqqında hər şey.

Süni qidalanmada olan uşağı necə yedirtmək lazımdır. 

Picture 1

Körpənin kifayət qədər və rasional qidalanması onun sağlamlığı və gələcək inkişafının əsasıdır, buna görə körpənin qidalanmasına lazımi diqqət yetirmək vacibdir. 

Əlbəttə ki, ana südü körpə üçün ən yaxşı qidalanmadır, lakin bəzən müxtəlif səbəblərdən döşlə qidalanma mümkün olmur. Bu halda, uşaq qarışıq və ya süni qidalanmada olacaq. Çətinliklərin qarşısını almaq üçün məsələnin öyrənilməsinə məsuliyyətlə yanaşmaq lazımdır. 

QİDALANMA ŞÜŞƏSİNİN SEÇİMİ 

Aptek və şəbəkə mağazalarının rəflərində müxtəlif firma və konfiqurasiyalarına malik butulkalarına rast gəlmək olar, belə ki, uşağı smes ilə yedirtmək üçün butulka hansı tələblərə cavab verməlidir? 

Picture 2

- Optimal həcmli şüşə – 80-140 ml. 

- Material. Ən yaxşı butulkalar – şüşəli olanlardır. Onlar gigiyenik, sterilizasiyaya davamlı, lakın asanlıqla sına bilərlər. Alternativ variant-plastik butulkalar. Qeyd olunan butulkaların müsbət cəhəti ondadır ki, yüngül və uzunömürlü olurlar, mənfi isə – tərkibində zərərli qatışıqlar ola bilər və hər bir modeli qaynatıla bilməz. "Bisfenol A yoxdur" işarəsi ilə olan şüşələri seçin. 

Picture 3

Döş formasını xatırladan bir əmziyi seçmək daha yaxşıdır. 

Materiallara isə: lateksli əmzik kifayət qədər yumşaq, lakin davamlı deyil. Silikon əmziklər isə davamlı, lakin bərkdirlər. 
Basanda süd nazik şırnaqla deyil, damcılayan əmziklərə üstünlük verin, Bu ona görə lazımdır ki, uşaq südün əmizdirməsi hesabına çənə-üz aparatını inkişaf etdirsin. 

- Antikolik sistem. Bu sistem əmziyin ucuna havanın daxil olmasına mane olur və, beləliklə, sancı və qusma olmasının faizini azaldır.  

QABIN HAZIRLANMASI  

Şüşə əvvəlcədən hazırlanmalıdır: yaxşı yuyulmalı və sterilizasiya edilməlidir. Sterilizasiya 5-10 dəqiqə ərzində qaynama yolu ilə həyata keçirilir, bundan əlavə, İisifadəsi rahat olan xüsusi sterilizatorlar vardır. Şüşə "təmizlənmə" mərhələsindən keçdikdən sonra qurudulmalıdır. 

Toz və mikrobların düşməsinin qarşısını almaq üçün şüşəni qapalı yerdə (şkafda) və qapalı formada (xüsusi qapaq və ya əmzik) saxlamaq lazımdır. 

QİDALANMA REJİMİ 

Ana südü ilə qidalanan körpənin rejimi süni qidalanmada olan uşağın rejimindən  bir qədər fərqlənir. Bir qayda olaraq, ana südü ilə qidalanan körpə toxluq hissinə qədər yeyir və yeyilmiş südün miqdarına nəzarət edilmir. Süni qidalanmada isə artıq yedirtmək hallarının olmaması üçün smesin həcmini dəqiq izləmək lazımdır. 

Demək olar ki, hər hansı bir smesin qutusunda qidanın düzgün qatılması haqda təlimat var, və bir qidalanma üçün smesin lazım olduğu miqdarı göstərilir. Dəyişə bilən sutkalıq dozaların təxmini hesablamaları mövcuddur. Lakın körpənin fərdi ehtiyaclarına əsasən pediatrla məsləhətləşmək yaxşıdır. 

Picture 4

Gündəlik smes ilə qidalanma sayının təxmini hesablanması 

Picture 5

Əgər siz döşlə qidalanmanı saxlayırsınızsa, smes döşə qoyduqdan sonra körpəyə verilir.  

SMESİN SEÇİMİ 

İstənilən smes pediatrın nəzarəti altında və fərdi seçilir. Uşaqlar üçün uyğun ən yaxşı smes sizin körpənizə uyğun olmaya bilər. 

Lakin, diqqət yetirmək lazım olan əsas meyarlar var. Seçilmiş smes aşağıdakı tələblərə cavab verməlidir: 

  - smes uşağın yaşına uyğun olmalıdır; 

- yalnız zülallara, yağlara, karbohidratlara, vitaminlərə və minerallara uyğunlaşdırılmış smeslərdən istifadə etmək olar, çünki belə qidalanma ana südünün tərkibinə maksimal dərəcədə yaxındır və mükəmməl qidalanma üçün bütün lazımi komponentləri özündə saxlayır; 

- smes mütləq şəkildə ana südü zülal profilinə uyğun olmaq üçün zərdab zülalları ilə zənginləşdirilməlidir (ilkin smes üçün zərdabın 50% - dən az olmayaraq, zərdabın və kazeinin tərkib hissəsi adətən məhsul etiketinin qida dəyərləri cədvəlində göstərilmişdir); 

- smesdə prebiotik və probiotik, zəruri vitamin və mikroelementlər ehtiva edir. Bu komponentlər immuniteti gücləndirməsi, mədə-bağırsaq traktının normal inkişafı və uşağın nəcisini normallaşdırmağa kömək edir. 

Sərbəst şəkildə qidalanma üçün müxtəlif smeslər mövcuddur. Bəziləri inək, digərləri isə keçi südü əsasında hazırlanır. Keçi südü əsasında smes analar arasında daha çox populyarlıq qazanır, və bu təsadüf deyil. 

  - Keçi südü inək südündən daha asan və sürətli həzm olunur. 

  - Keçi südü əsasında hazırlanan smesin tərkibi ananın südünə daha yaxındır. 

  - Keçi südü uşağın orqanizminin immun sisteminin formalaşmasına kömək edən təbii nukleotidlərlə və oliqosaxaridlərlə zəngindir. 

  - Bütün uşaqlar tərəfindən sevilən keçi südünə əsaslanan qidalanma  qaymaqlı və yumşaq bir dada malikdir. 

  Yuxarıda göstərilən bütün tələblərə cavab verən və valideynlər tərəfindən yüksək qiymətləndirilən smeslərdən biri keçi südü əsasında hazırlanan Kabrita smesidir. 

Picture 7

Kabrita smesinin tərkibinə aşağıdakılar daxildir: 

  - faydalı triqliseridlərlə zəngin və ana südünün yağlarına bənzər DigestX yağ kompleksi; 

  - smes təbii amin turşuları ilə zəngin olan və uşağın həzmini asanlaşdıran keçi süd serumu ilə zənginləşdirilmişdir; 

  - probiotiklər və prebiotiklər-həzmi yaxşılaşdırır və immuniteti möhkəmləndirir; 

  - Omega-3 və omega-6 – beyin və görmə inkişafı üçün; 

  - keçi südünün təbii nukleotidlər və oliqosaxaridlər immunitetin möhkəmlənməsinə kömək edirlər; 

  - Niderlandda təbii və faydalı fermer keçi südündən istehsal olunub; 

  - hər bir qutunun üzərində məhsulun keyfiyyətini izləməyə yol verən öz fərdi kodu var. 

UŞAĞIN SMESLƏ QİDALANMASININ ƏSAS QAYDALARI   

Smesi hazırlamadan öncə istehsalçının təlimatını mütləq oxuyun və əməl edin. Smesi çox qatı və ya duru hazırlamaq lazım deyil,çünki bu körpə üçün faydalı olmaya bilər. Qidalanma üzrə bütün tövsiyələr uşağın orta sutkalıq tələbatının hesablamaları əsasında hazırlanmışdır. Smesi hazırlamaq üçün yalnız qaynadılmış sudan istifadə edin. Suyun temperaturu 37-42 dərəcə olmalıdır. Suya smesin lazımi miqdarı əlavə edildikdən sonra, şüşə bağlamaq və smesi dairəvi hərəkətlərlə qarışdırmaq lazımdır. Belə qarışma köpük və hava kabarcıklarının meydana gəlməsinə mane olur. 

Qidalanmaya başlamazdan əvvəl əmin olmaq lazımdır ki, smes 36-37 dərəcəyə qədər soyumuşdur. Smesi ovucun arxa tərəfinə damcılayın-temperatur rahat olmalıdır. Xüsusilə həssas analar üçün təmassız termometr almaq məsləhət görülə bilər. Əlləri yuyun, rahat vəziyyəti alın, körpənin əlinə götürün, əmin olun ki, ona rahatdır. Bundan sonra qidalanmanın proseduruna başlamaq olar. 

Əgər hazır smes qalıbsa, onu tökmək məsləhətlidir. Hər yedirtməkdən əvvəl yeni smes hazırlamaq daha təhlükəsizdir. 

SMESİN UYĞUN OLMADIĞINI GÖSTƏRƏN ƏLAMƏTLƏR 

- Həzmin pozulması. Davam edən qəbizlik, diareya, həddindən artıq qusma smesin uşağa uyğun olmadığının göstəricisi ola bilər. 

- Allergik reaksiyalar-səpki, köpüklü nəcis və digər simptomların aşkar olunması. 

- Defisit (anemiya, bəzi vitamin çatışmazlığı, çəki çatışmazlığı). 

  Ən kiçik simptomun yarandığı vaxt dərhal smesi dəyişməyə tələsmək lazım deyil – uşaq 5-dən 30 günə qədər müddətində yeni smesə öyrəşir. Yeni smes yeni stressdir. Buna görə, smesin dəyişdirilməsinin məqsədəuyğunluğu ilə bağlı pediatrınızla məsləhətləşin. 

Və əlbəttə, valideynlər yadda saxlamalıdırlar ki, döşlə qidalanmaya üstünlük vermək daha yaxşıdır, süni qidalanma üçün smesə yalnız müstəsna hallarda müraciət etmək lazımdır! 


Teqlər: qidalanmada körpələr Smeslə düzgün qidalanma haqqında

BAKIDA UŞAQLARLA HARA GETMƏK OLAR?

Məkanlar ətraflı BÜTÜN MƏKANLAR